Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 56 Bakı şəhəri, 30 yanvar 2024-cü il

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq­ların sosial müdafiəsinin yaxşılaşdı­rılması tədbirləri haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məh­rum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanu­nunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Valideynlərini itirmiş və valideyn hi­mayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2001, № 11, maddə 719 (Cild I); Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2023-cü il 6 dekabr tarixli 438 nömrəli Qərarı) 1-ci hissəsinə “öv­ladlığa” sözündən əvvəl “himayədar va­lideynlərə (himayədar ailəyə) və” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları