Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 39 Bakı şəhəri, 24 yanvar 2024-cü il

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları­nın və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaş­larının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul tə­minatının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları­nın təsdiq edilməsi və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 296-14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli qə­rarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 406 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə ma­aşlarının artırılması haqqında” Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2344 nöm­rəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qə­rara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2019, № 9, maddə 1560; Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 100 nömrəli və 2023-cü il 11 dekabr tarixli 450 nöm­rəli qərarları) ilə təsdiq edilmiş 1 nöm­rəli əlavə - “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluq­çularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada verilsin (əlavə olunur, məxfi).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsəd­lər üçün nəzərdə tutulmuş vəsaitlər he­sabına həyata keçirsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları