Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 38 Bakı şəhəri, 23 yanvar 2024-cü il

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun qə­bul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Na­zirlər Kabinetinin bəzi qərarlarında dəyi­şiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət satınalmaları haqqın­da” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 648 (Cild I) ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu 2005, № 3, maddə 257 (Cild I) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.3.26-cı yarımbəndində “qanunvericiliyə uyğun olaraq müsabiqələrin (tenderlərin)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sa­tınalmaların” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783 (Cild I) ilə təsdiq edilmiş “Yeyinti məh­sullarının minimum keyfiyyətinin və təh­lükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qay­daları”nın 17-ci hissəsində “üzrə keçirilən tenderin” sözləri “ilə bağlı” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 392 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçiril­məsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, sax­lanması, daşınması, satışı və istifadəsi Qay­daları”nın 8.15-ci bəndinin üçüncü abzasın­da “tender keçirilməklə dövlət satınalmaları qaydalarına müvafiq olaraq” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respub­likasının Qanununa uyğun olaraq satınalma­lar keçirilməklə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 6 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2009, № 5, maddə 385 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan yaşıl­laşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.13-cü yarımbəndində “qanunvericilikdə nəzərdə tutulmuş qaydada müsabiqələrin (tenderlə­rin)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uy­ğun olaraq satınalmaların” sözləri ilə, 7.1.15-ci yarımbəndində “müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır” sözləri “satınalma komissiyasını formalaşdırır” sözləri ilə əvəz edilsin. 

6. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 7 iyul tarixli 105 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602 (Cild I) ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydala­rı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.4-cü bənddə “istehsalçılarla (o cümlədən daxili və xarici malgöndərənlərlə)” sözləri “təchizatçılarla” sözü ilə əvəz edilsin;

6.2. 3.5-ci bənddə və 3.5.1-ci yarımbənd­də ismin müvafiq hallarında “malgöndərən­lər” sözü ismin müvafiq hallarında “təchizat­çılar” sözü ilə əvəz edilsin;

6.3. 3.7-ci bəndin birinci cümləsində “malgöndərənlərdən” sözü “təchizatçılar­dan” sözü ilə, “malgöndərən” sözü “təchi­zatçı” sözü ilə, ikinci cümləsində “malgön­dərəndə” sözü “təchizatçıda” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 12 oktyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 854 (Cild I) ilə təsdiq edilmiş “Avropa Qon­şuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfin­dən Azərbaycan Respublikasının dövlət büd­cəsinə köçürüləcək vəsaitlərin istifadə mexa­nizmi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.3-cü bənddə “satınalma işlərinin planını” sözləri “satınalma planını” sözləri ilə əvəz edilsin;

7.2. həmin mexanizmə əlavənin 2-ci hissəsinin onuncu abzasında “satınalma iş­lərinin planını” sözləri “satınalma planını” sözləri ilə, 4.3-cü bəndinin ikinci cümləsində isə “tender” sözü “satınalma” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 7, maddə 889 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət markaları­nın alınmasına görə ödənilən vəsaitlərin döv­lət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın 2.2-ci bəndinin birinci cümləsində “16-cı maddə­sinə” sözləri “44-cü maddəsinə” sözləri ilə əvəz edilsin. 

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 564 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II ki­tab), maddə 2512 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qay­dası”nın 2.9-cu bəndində “müsabiqə” sözü “satınalmalar” sözü ilə, “podratçı təşkilat” sözləri isə “təchizatçı” sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 347 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhm­dar Cəmiyyəti Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi stimul­laşdırılması məqsədilə Aparatın hesabına kö­çürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın 2.1.2-ci yarımbəndi ləğv edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 997 (Cild I) ilə təsdiq edilmiş “Enerji me­necment sisteminə dair Tələblər”in 3.7.7-ci yarımbəndində “malgöndərənlərə (podratçı­lara)” sözləri “təchizatçılara” sözü ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları