Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 464 Bakı şəhəri, 21 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə siste­mi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbay­can Respublikasının qanunlarında də­yişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 989-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəl­ləsinin təsdiq edilməsi, qüvvəyə minmə­si və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Res­publikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barə­də” 2000-ci il 30 avqust tarixli 393 nöm­rəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilmə­si barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 28 de­kabr tarixli 345 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2310 nömrəli Fərmanı­nın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, mad­dələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, mad­də 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, mad­də 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), maddə 2750; 2019, № 3, maddə 539, № 6, maddə 1143, № 7, maddə 1337, № 12, maddə 2079; 2020, № 4, maddə 492; 2023, № 2, maddə 293, № 7, maddə 1081; Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2023-cü il 10 oktyabr tarixli 361 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 4.2-ci bəndində “bir ay” sözləri “5 (beş) iş günü” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları