Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 465 Bakı şəhəri, 21 dekabr 2023-cü il

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İcbari sığor­talar haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası­nın 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 2023-cü il 31 iyul tarixli 2267 nöm­rəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, mad­də 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; 2018, № 9, maddə 1918, № 10, maddələr 2146, 2147, № 11, maddə 2442; 2019, № 1, maddə 154, № 4, maddə 788; 2021, № 10, maddə 1199; 2022, № 4, maddə 385) ilə təs­diq edilmiş “Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat Qaydası”nın 4.9-cu bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümlədə “sığorta idarələ­rinin” sözləri “sığortaçıların” sözü ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda ikinci ab­zas əlavə edilsin:

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqavilə­si üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avto­mobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığorta­lar haqqında” Azərbaycan Respublika­sı Qanununun 34-4.1.4-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar Azərbay­can Respublikasının Daxili İşlər Nazir­liyi tərəfindən həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edilir.”. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123; 2005, № 11, maddə 1061; 2006, № 9, maddə 822; 2008, № 2, maddələr 116, 130, № 5, mad­də 430; 2010, № 3, maddə 264; 2011, № 5, maddə 449; 2013, № 6, mad­də 723; 2015, № 7, maddə 901; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 3, maddə 512; 2021, № 10, maddə 1199; 2022, № 9, maddə 1098; 2023, № 5, maddə 723) ilə təsdiq edilmiş “İsteh­salatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”­na aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

“3.5-1. İstehsalatda bədbəxt ha­disələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hal­larından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-4.1.4-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərə­findən həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edilir.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları