AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№ 449 Bakı şəhəri, 11 dekabr 2023-cü il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 2020-ci il 28 fevral tarixli 73-1 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karan­tin-təşkilat, profilaktika və digər zəru­ri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksi­yasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşı­sının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi ka­rantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağ­lı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nöm­rəli Qərarının (Azərbaycan Respubli­kasının Qanun-vericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, mad­dələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4,maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, mad­dələr 868, 882, № 8, maddə 974, № 9,maddə 1079, № 10, maddə 1191, № 12,maddələr 1514, 1524; 2022, № 2, mad­də 176, № 3, maddə 258, № 4, maddə 417, № 6, maddə 673, № 8, maddə 1012, № 10, maddə 1225, № 12, mad­də 1554; 2023, № 2, maddə 328, № 3,maddə 443, № 4, maddə 595, № 6, maddə 866, № 9, maddə 1363) 1.1-ci bəndində “yanvar” sözü “aprel” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları