AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№ 441 Bakı şəhəri, 7 dekabr 2023-cü il

Azərbaycan Dövlət Aqrar Univer­sitetinin yenidən təşkili və Nizam­naməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Dövlət Aqrar Univer­siteti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində pub­lik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Aqrar Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. “Azərbaycan Dövlət Aqrar Uni­versitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun ola­raq qeydiyyata alınması üçün zəruri təd­birlərin görülməsini təmin etsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları