AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№ 440 Bakı şəhəri, 7 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlə­rinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu mad­dəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Res­publikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 23 iyun tarixli 924-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2214 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 227; 2011, № 5,maddə 449; 2018, № 11, maddə 2448; 2021, № 10, maddə 1193; 2023, № 9, maddə 1343) ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. İşəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsə­dilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənəd­lərin surətinin 10 (on) iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim olunmasını təmin etməlidir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları