Baş nazirin Gürcüstan parlamentinin sədri ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə Ş.Papuaş­vilinin səfərinin Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcə­yinə əminlik ifadə olunub.

Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edilib, hakim partiyalar arasında çox yaxşı münasibətlərin oldu­ğu bildirilib.

Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi qeyd edilib.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafın­da xüsusi rolu təqdir olunub. Hazırda parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edi­lib ki, hər iki ölkənin parlament nümayən­dələri beynəlxalq parlament təşkilatların­da da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. 

Ticarət-iqtisadi əməkdaşlığının ənənəvi olaraq yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək, Gürcüstanın Azər­baycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb. 

Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün həm Azərbaycanın, həm də Gürcüs­tanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində stra­teji əhəmiyyətə malikdir.

Vurğulanıb ki, eyni zamanda, gün­dəlikdə hər iki ölkənin iştirakı ilə yeni la­yihələr və təşəbbüslər də var. Onlardan biri Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycanın “yaşıl” enerjisinin Rumı­niyaya tədarükünü nəzərdə tutan sualtı kabelin çəkilməsi layihəsidir. 

İki ölkə arasında humanitar, xüsusilə mədəni sahədə əməkdaşlığın yüksək in­kişaf dinamikası təqdir olunub.

Oktyabrda Gürcüstan paytaxtında təməli qoyulan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı­nın Azərbaycan–Gürcüstan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-bi­rinə daha da yaxınlaşmasına töhfə verə­cəyinə əminlik ifadə edilib.

Eyni zamanda, Azərbaycanda yaşa­yan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrin inki­şafındakı rolu xüsusi vurğulanıb.

Son xəbərlər