Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 412                                   Bakı şəhəri, 13 noyabr 2023-cü il

Meşəqırma həcminin təsdiq edilməsi və “Meşəqırma həcminin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 iyun tarixli 99 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 
qərara alır: 

1. İllik meşəqırma həcmi 84 (səksən dörd) min kubmetr təsdiq edilsin. 

2. “Meşəqırma həcminin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 iyun tarixli 99 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 464) ləğv edilsin.

 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları