Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 344 Bakı şəhəri, 26 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələ­rinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 876-VIQD nömrəli Qanu­nunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 596, № 12, maddə 1655; 2016, № 4, maddə 818; 2019, № 11, maddə 1861) ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktla­rın layihələrinə dair ictimai dinləmə və ic­timai müzakirənin keçirilməsi Qaydası”n­da aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənddən “müvafiq məsələlər barəsində” sözləri çıxarılsın və həmin bəndə “hazırlanması” sözündən sonra “(öyrənilməsi)” sözü əlavə edilsin.

2. 3.1-ci bəndin ikinci cümləsində “məsələ” sözü “layihə” sözü ilə əvəz edil­sin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları