Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 343 Bakı şəhəri, 26 sentyabr 2023-cü il

“Azərbaycan Respublikasının va­hid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişik­lik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 117 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 117 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 588) 10-cu hissəsi aşağıdakı redaksiyada verilsin:

“10. Bu Qərarın 8-ci hissəsi 2023-cü il yanvarın 1-dən tətbiq edilir, digər hissələ­ri isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları