№ 319 Bakı şəhəri, 9 sentyabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında” 1992-ci il 28 dekabr tarixli 700 nömrəli, “Mülki müdafiənin təmin edilməsi haqqında” 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə” 1998-ci il 14 dekabr tarixli 237 nömrəli, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 8 iyun tarixli 108 nömrəli, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 216 nömrəli, “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 dekabr tarixli 370 nömrəli və “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə” 2020-ci il 20 mart tarixli 102 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respub-likasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 809-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2005, № 6, maddə 541; 2009, № 2, maddə 144, № 9, maddə 738; 2014, № 1, maddə 57, № 6, maddələr 745, 747; 2019, № 1, maddə 153; 2022, № 4, maddə 390; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 iyul tarixli 244 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nın “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” hissəsinin mətnində “kütləvi informasiya vasitələrinin” sözləri “medianın” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə”nin 17-ci hissəsində “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 434; 2013, № 10, maddə 1193; 2021, № 9, maddə 1073) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri”nin 4.2-ci bəndinin beşinci abzasında “verilişləri” sözü “proqramları” sözü ilə, 4.10-cu bəndinin ikinci abzasında “kütləvi informasiya vasitələrilə” sözləri “media ilə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 600; 2006, № 9, maddə 822; 2008, № 6, maddələr 584, 586; 2010, № 3, maddə 264, № 6, maddə 566; 2018, № 12 (II kitab), maddə 2736) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın 1.9-cu bəndinin dördüncü abzasında və 4.3-cü bəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804; 2005, № 1, maddə 49; 2014, № 1, maddə 57; 2017, № 4, maddə 627; 2021, № 5, maddə 522) 2 nömrəli əlavə - “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri”nin “Ödənişsiz məlumatlar” bölməsinin 6-cı hissəsində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 553; 2015, № 12, maddə 1570; 2016, № 4, maddə 822; 2020, № 11, maddə 1412) ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.17-ci bəndində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789; 2016, № 3, maddə 599, № 5, maddə 955, № 11, maddə 1958; 2017, № 1, maddə 118; 2019, № 3, maddə 527; 2020, № 11, maddə 1390; 2021, № 9, maddə 1064, № 11, maddə 1278) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.9-cu bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 370 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1569) ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.4.3-cü yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:
7.1. “Tədbirlərin adı” sütununda “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə əvəz edilsin;
7.2. “İcraçılar” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 363; 2021, № 4, maddə 395) ilə təsdiq edilmiş “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın 2.3.3-cü yarımbəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri