Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 288 Bakı şəhəri, 26 avqust 2023-cü il 

“Bakı şəhər Baş Səhiyyə İdarəsi­nin tabeliyində yaradılmış xüsusi am­bulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-po­liklinik yardım göstərən tibb işçiləri­nin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qə­rarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) in­feksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavi­rus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqları­na müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992, № 11, maddə 1404; 2021, № 1, maddə 102, № 4, maddə 412, № 7, maddə 883, № 8, maddə 963, № 10, maddə 1168, № 12, maddə 1540; 2022, № 3, maddə 260, № 4, maddə 418, № 6, maddə 667, № 8, maddə 963, № 9, mad­də 1094, № 12, maddə 1537; 2023, № 1, maddə 142, № 3, maddələr 434, 441, № 5, maddə 728) 2-ci hissəsində “iyulun 1-dək” sözləri “oktyabrın 2-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları