Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 238 Bakı şəhəri, 25 iyul 2023-cü il

“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhər­salma və Tikinti Məcəlləsinin təsdiq edil­məsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbay­can Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tət­biqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları