Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 239 Bakı şəhəri, 25 iyul 2023-cü il

“Siyasi partiyaların qəbul etdiklə­ri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublika­sı Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”nın təsdiq edilməsi haqqında

“Siyasi partiyalar haqqında” Azərbay­can Respublikasının 2022-ci il 16 de­kabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tət­biqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 11 yanvar tarixli 1960 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxs­lər, həmçinin “Siyasi partiyalar haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumat­ların təqdim edilməsi qaydası” təsdiq edil­sin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təs­diq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanma­sı və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul 

tarixli 239 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə .........................məlumatların təqdim edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1.            Bu Qayda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və siyasi partiyalar tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissi-yasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim edilməsi qaydasını tənzimləyir.

1.2.            Bu Qayda seçkilər dövründə siyasi partiyanın xüsusi seçki (referendum) hesabına köçürülmüş könüllü və ya digər əmlak şəklində qəbul edilən ianələrə şamil edilmir.

1.3.            Bu Qaydanın məqsədləri üçün aşağıdakılar ianə hesab olunur:

1.3.1.        pul və ya digər əmlak şəklində verilən vəsait;

1.3.2.        Qanunun 24.4.1-ci maddəsinə uyğun olaraq bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;

1.3.3.        Qanunun 24.4.2-ci maddəsinə uyğun olaraq öhdəliyin zamin tərəfindən icrasına, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri);

1.3.4.        üzvlük haqqının məbləğindən artıq ödənişlər.

1.4. Şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçirilir.

1.5. Qanunun 23.7-ci və 24.1-ci maddələrinə uyğun olaraq ianə edilən pul vəsaiti yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə Azərbaycan Respublikasının vətəndaş-larından qəbul edilir. 

1.6. Qanunun 24.6-cı maddəsinə uyğun olaraq barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

1.7. Siyasi partiyalar tərəfindən qəbul edilmiş ianə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar həmin ianənin Qanunun tələblərinə uyğun qəbul edilməsi barədə Mərkəzi Seçki Komissiya-sının yazılı məlumatı əsasında aparılır.

1.8. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

2.             İanə barədə məlumatların Mərkəzi Seçki Komissiyasına

təqdim edilməsi

 

1.1.            Siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən 10 (on) gündən gec olmayaraq, bu barədə aşağıdakı məlumatları Mərkəzi Seçki Komissiyasına bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməklə təqdim edir:

1.1.1.        ianə qəbul edən siyasi partiyaya münasibətdə:

1.                siyasi partiyanın adı, qərargahın yerləşdiyi yer (hüquqi ünvanı), VÖEN-i;

2.                siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;

2.1.2.        ianə verən Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;

2.1.3.        qəbul edilən ianəyə münasibətdə:

1.                qəbul edildiyi tarix;

2.                ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

2.2. Ərizə ianəni qəbul edən siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir.

2.3. İanə pul vəsaiti şəklində olduqda ianənin siyasi partiyanın bank hesabına köçürüldüyünü təsdiq edən sənəd, ianə bu Qaydanın 1.3.1-1.3.4-cü yarımbəndlərində qeyd olunan digər formalarda qəbul edildikdə isə müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilməlidir.

2.4. Siyasi partiya tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Seçki Komissiyası həmin sənədlər daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində onların aradan qaldırılması üçün sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir.

2.5. Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 5 (beş) iş günü müddətində aradan qaldırılmadıqda, Mərkəzi Seçki Komissiyası müraciətin baxılmamış saxlanılması haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir. Çatışmazlıqları aradan qaldırdıqdan sonra siyasi partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına yenidən ərizə ilə müraciət edilə bilər.

 

3.             İanə barədə Mərkəzi Seçki Komissiyası tərəfindən

müvafiq məlumatın verilməsi

 

3.1. Mərkəzi Seçki Komissiyası bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 10 (on) gün müddətində həmin sənədləri siyasi partiya tərəfindən ianə qəbul edilərkən Qanunun 23.2-ci, 23.7-ci və 24-cü maddələri ilə müəyyən edilmiş tələblərə riayət olunması baxımından araşdırır. Həmin məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda bu müddət 15 (on beş) günədək uzadıla bilər.

3.2. Siyasi partiya tərəfindən ianənin bu Qaydanın 3.1-ci bəndində qeyd olunan tələblərə uyğun olaraq qəbul edildiyi müəyyən edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya bu barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.

3.3. Siyasi partiya tərəfindən qəbul edilmiş ianə bu Qaydanın 3.1-ci bəndində qeyd olunan tələblər pozulmaqla qəbul edildikdə, habelə ərizədə və ona əlavə edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaya və ianə üzrə əməliyyatı həyata keçirmiş müvafiq banka ianənin Qanunun tələbləri pozulmaqla qəbul edilməsi barədə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir. Bu halda siyasi partiya Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 (otuz) gün müddətində ianəni geri qaytarmalı, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməlidir.

 

 

 

 

_________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”na

 

                                                   əlavə

 

Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların verilməsinə dair ərizənin forması

 

 

         ____________ Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına  

 

____________________________________________________________(müraciət edən siyasi partiyanın adı, qərargahının yerləşdiyi yer (hüquqi ünvanı), VÖEN-i)

 

____________________________________________________ tərəfindən

(siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı,

 adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu

 ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, 

                        fərdi identifikasiya nömrəsi (FİN)

 

 

Ə R İ Z Ə

 

      Bildiririk ki, ianə verən _______________________________________

____________________________________________________________   (fiziki şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və 

etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi)

 

tərəfindən ________ tarixində ianə qəbul edən_______________________

                                                                                     (siyasi partiyanın adı)

 

_______________________________________________ ianə verilmişdir.

(ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri) barədə məlumat)

  

Göstərilənləri nəzərə alaraq qeyd olunmuş ianənin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə məlumatın verilməsini xahiş edirik.

 

 

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

 

____________________________________________________________

(əlavə olunan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

 

 

                                                        ______________________________________

                                                     (ianəni qəbul edən siyasi partiyanı təmsil etmək

                                                    səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı,

                                                    atasının adı, vəzifəsi və imzası)

 

                                                                                                                                                                                                                                              

                                                                                                         M.Y.

 

 

Tarix: ___  _______ 20___il

 

 

Əlaqə telefonu nömrələri:

 

Nazirlər kabinetinin qərarları