Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 240 Bakı şəhəri, 25 iyul 2023-cü il

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluq­çusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli və “Azər­baycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilə­rinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 106-6 nömrəli qərarlarının ləğv edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilmə­si haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2023-cü il 23 may tarixli 3896 nömrəli Sərəncamının 2.2-ci bəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1557; 2022, № 6, maddə 680; 2023, № 1, maddə 135) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respub­likası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qul­luqçusu olmayan mülki işçilərinin aylıq və­zifə (tarif) maaşlarının məbləğləri”ndə də­yişiklik təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Bu Qərar 2023-cü il mayın 23-dən tətbiq edilir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları