Qaçqınlara və məcburi köçkünlərə dəstək davamlı və hərtərəflidir

post-img

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Davron Mühəmədiyevlə görüşüb.

Görüşdə qonaqlara Böyük Qayıdışa dair Dövlət Proqramı­nın icrası üzrə komitənin gördü­yü işlər, məcburi köçkünlərin geri dönüşünün təşkili, bu istiqamət­də aparılan təbliğat-izahat və təşviqat işlərinin gedişi, köçü­rülmənin ilkin nəticələri barədə məlumat verilib. Bildirilib ki, Pre­zident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərin doğma yurdda təhlükəsizliyinin təmin edilməsi və rahat yaşayışı üçün zəruri şərait yaradılır. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış çərçivəsində yeni salınan və bər­pa edilən yaşayış məntəqələrinə indiyə­dək 236 ailə, 1023 nəfər köçürülüb. Məc­buri köçkünlər arasında keçirilən sorğular zamanı onların mütləq əksəriyyəti doğma torpaqlara qayıtmaq istəyini ifadə edib. 

Sonda Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federa­siyası arasında Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dəstək göstəril­məsi məqsədilə təşkilatlar, o cümlədən vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlığın təşkilinə dair Niyyət sazişi imzalanıb.

Q.QASIMOV,

“Xalq qəzeti”

Son xəbərlər