Azərbaycan Prezidentinin köməkçisi Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

post-img

İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. 

Görüşdə Hikmət Hacıyev Ermənis­tan ilə Hindistan arasında hərbi əmək­daşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermə­nistana daşınması barədə foto və video­ların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. 

Prezident Administrasiyasının rəsmi­si vurğulayıb ki, Azərbaycanın Ermənis­tanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürü­cü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərgin­ləşməsinə yol açır və Cənubi Qafqaz re­gionunda davamlı sülhün və təhlükəsiz­liyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.

Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığı­nın rəsmi Dehlinin diqqətinə çatdırma­ğa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

Hindistan səfiri Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çat­dırılacağını bildirib və ikitərəfli münasi­bətlərdə narahatlıq doğuran məsələlə­rin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.

Hikmət Hacıyev Azərbaycanın Hin­distan ilə dialoqa hər zaman açıq oldu­ğunu bildirib.

“Xalq qəzeti”

Son xəbərlər