Hikmət Hacıyev: Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməlidir

post-img

Xankəndidəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyaları naminə girov saxlayır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə sə­firlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı “Twitter” paylaşımında bildirib.

“Teatral səhnələr və yük maşın­larını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənis­tan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin element­lərini Azərbaycanın Qarabağ regionun­dan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandır­malıdır”, - Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Qarabağdakı bütün qanunsuz qüvvələrin tərksilah edilməsi təmin olunmalıdır.

"Beynəlxalq ictimaiyyət Ağ­dam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azər­baycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir", - Hikmət Hacıyev əlavə edib.

***

Razılaşdığımız kimi, Ağdam–Xankən­di yolu bütün növ yüklərin çatdırılması üçün tam istismara verilir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” payla­şımında bildirib.

“Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi is­tismar etmək imitasiyalı malların çatdı­rılmasını təşkil etmək möhtəkirlik, ma­nipulyasiya və şantajdan başqa bir şey deyil” – Hacıyev bildirib.

“Xalq qəzeti”

Siyasət