Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 215 Bakı şəhəri, 25 iyun 2023-cü il
“Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun
tarixli 215 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6-2-ci maddəsinə uyğun olaraq hazırlan-mışdır və qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
1.3. Müayinə istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qaz paylayıcısı tərəfindən ödənişsiz keçirilir.
1.4. Sahibkarlıq subyektlərinə münasibətdə müayinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
2. Müayinəyə dair tələblər
2.1. Müayinə zamanı qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, 2023-cü il 6 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”ə, 2023-cü il 6 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”ə və 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”na uyğunluğu yoxlanmalıdır.
2.2. Qaz qurğuları, qaz xətləri və tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri üzrə müayinə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş hər müayinə predmeti üzrə müvafiq metodlara uyğun aparılır.
3. Müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi
3.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
3.2. Bildirişdə müayinənin keçiriləcəyi tarix, məqsədi və ödənişsiz aparılması, tərəflərin hüquq və vəzifələri, müayinənin nəticələrindən asılı olaraq istehlakçının həyata keçirməli olduğu tədbirlər barədə Qanunun tələbləri, habelə istehlakçı qaz paylayı-cısının işçilərini onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, qaz paylayıcısının qazın verilişini dayandırmaq hüququ, bildirişi imzalayan şəxs barədə məlumatlar əks etdirilir.
3.3. Qaz paylayıcısının işçiləri istehlakçıların mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə daxil olarkən, qaz paylayıcısı tərəfindən ona verilmiş xidməti vəsiqəni mütləq istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.
3.4. Qaz paylayıcısının işçisi müayinənin nəticələrini istehlak-çının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş 2 (iki) nüsxədən ibarət olan aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
3.5. İstehlakçı qaz paylayıcısının işçilərini onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, qaz paylayıcısı bu barədə müvafiq aktda qeyd aparmaqla qazın verilməsini dayandıra bilər.
3.6. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə, istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Təkrar müayinə qaz paylayıcısı tərəfindən ödənişsiz keçirilir. İstehlakçı təkrar müayinə üçün il (ardıcıl on iki ay) müddətində 1 (bir) dəfədən çox müraciət etdikdə, növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmət göstərilməsi zərurəti yarandıqda, Qanunun 6-3-cü maddəsində nəzərdə tutulmuş tədbirlər görülməlidir. İstehlakçının müraciəti əsasında aparılan təkrar müayinə ilə bağlı bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq akt tərtib edilir.
3.7. Qaz paylayıcısı bu Qaydanın 3.6-cı bəndinə əsasən təkrar müayinənin aparılmasından imtina etdikdə istehlakçı 1 (bir) iş günü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası” ilə müəyyən edilmiş nəzarət orqanlarına məlumat verməlidir.
3.8. Qanunun 6-2-ci maddəsinə uyğun olaraq müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.
3.9. İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilə bilinmədikdə istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qaz paylayıcısına şifahi və ya yazılı formada müraciət edərək, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan tarixdən gec olmayaraq müayinə tarixini razılaşdırmalıdır.
3.10. İstehlakçı tərəfindən qaz paylayıcısının işçilərinə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinənin keçirilməsinə şərait yaradılmaması səbəbindən müayinənin keçirilmədiyi hallarda qazın verilməsi dayandırılır və istehlakçı qaz paylayıcısına şifahi və ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinənin keçirilməsi təmin edilir.
“Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”na
1 nömrəli əlavə
Qaz qurğuları, qaz xətləri və tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri
və metodlarının
SİYAHISI
Müayinənin predmetləri
Müayinə metodları
1. Qaz qurğuları üzrə
Mexaniki və korroziya zədələnmələri
Vizual və ya ölçmə metodu ilə
Kiplik
Yüksək həssaslıqlı qaz indika-torları və ya köpüklənən maye ilə qaz sızmalarının aşkarlanması
İşçi vəziyyətdə olması
Yanma parametrlərinin və
təhlükəsizlik avtomatikasının yoxlanılması
Özbaşına qaz qurğularının quraşdırıl-masının, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsinin, dəyişdiril-məsinin və təmirinin həyata keçirilməsi
Vizual
Qaz qurğularının quruluşunda (kons-truksiyasında) dəyişikliklər edilməsi
Vizual
Qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi
Vizual
2. Qaz qurğularının quraşdırıldığı otaq (yer) üzrə
Qaz qurğularının quraşdırıldığı otaq-ların ölçülərinin texniki normativ hüquqi aktlara uyğunluğu
Vizual və ya ölçmə metodu ilə
Qaz qurğularının quraşdırıldığı vanna otaqları qapılarının alt hissəsində dəliklərin mövcudluğu
Vizual
Qaz qurğusunun quraşdırıldığı yerin quruluşunun (planının) müvafiq razı-laşma olmadan dəyişdirilməsi
Vizual
3. Qaz xətləri üzrə
Məkanın qazlılığı
Qaz indikatorları
Kiplik
Yüksək həssaslıqlı qaz indika-torları və ya köpüklənən maye ilə qaz sızmalarının aşkarlanması
Qoruyucu örtüyün və səthin vəziyyəti
Vizual və ölçmə metodu ilə
Qaynaq birləşmələrinin vəziyyəti
Vizual və ölçmə metodu ilə
İnşaat konstruksiyalarından keçidlərin vəziyyəti
Vizual və ölçmə metodu ilə
Qanunsuz qoşulma halları
Vizual
Tikinti obyekti daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişi
Vizual
4. Bağlayıcı, tənzimləyici, qoruyucu armaturlar, qaz sızmasını və dəm qazını müəyyən edən detektorlar
Xarici səthin vəziyyəti
Vizual və ölçmə metodu ilə
Kiplik
Yüksək həssaslıqlı qaz indika-torları və ya köpüklənən maye ilə qaz sızmalarının axtarışı
İşçi vəziyyətdə olması
İş qabiliyyətinin yoxlanması
Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələ-rinin ləğv edilməsi
Vizual və ölçmə metodu ilə
5. Qaz sayğacları
Xarici görünüşü
Vizual
Kiplik
Yüksək həssaslıqlı qaz indika-torları və ya köpüklənən maye ilə qaz sızmalarının axtarışı
İşçi vəziyyətdə olması
İş qabiliyyətinin yoxlanması
Sayğaca müdaxilə (sayğacın hesab-layıcı mexanizminin sıradan çıxarıl-ması məqsədilə plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdə-sinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallar)
Vizual
6. Tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri
Qaz qurğusunu tüstü bacası ilə birləşdirən boruların xarici görünüşü
Vizual
Tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunun dəyişdirilməsi, havadəyişmə xətlərinin bağlanması, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan ciblərin hörülməsi və ya bağlanması
Vizual
Tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlərin (qapaqların) quraşdırıl-ması
Vizual
Nəfəsliklər, jalüzlü barmaqlıqlar və havadəyişmə xətlərinin barmaqlıq-larının bağlı saxlanılması
Vizual
Tüstü bacasında sorulmanın vəziyyəti
Sorulma indikatorları və ya digər ölçmə vasitələri ilə sorulmanın ölçülməsi
Havalandırma və havadəyişmə xətlərində sorulmanın vəziyyəti
Havalandırma və havadəyişmə xətlərində hava sərfinin ölçülməsi
“Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”na
2 nömrəli əlavə
Müayinənin nəticəsinə dair
AKT
№ _______
“____”_____________20__ il _____________________
(aktın tərtib edildiyi yer)
1. _______________________________________________
(aktı tərtib edən qaz paylayıcısının işçisinin (işçilərinin) vəzifəsi,
soyadı, adı, atasının adı)
2. İstehlakçı fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (bundan sonra – FİN), ünvanı, telefon nömrələri
____________________________________________________________________________________________________________ (akt istehlakçı fiziki şəxsin səlahiyyətli nümayəndəsi olan fiziki şəxsin iştirakı ilə tərtib edildikdə, onun soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat, yaxud müayinə aktı fiziki şəxsin yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı,
atasının adı və FİN-i)
3. İstehlakçı sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (bundan sonra – fərdi sahibkar) olduqda - soyadı, adı, atasının adı, FİN-i, ünvanı, telefon nömrələri, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra – VÖEN), sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın tarixi və yoxlamanın kodu _______________
____________________________________________________________________________________________________________
(akt fərdi sahibkarın səlahiyyətli nümayəndəsi olan fiziki şəxsin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq
edən sənəd haqqında məlumat)
4. İstehlakçı hüquqi şəxsin tam adı, VÖEN-i, hüquqi ünvanı, faktiki fəaliyyət ünvanı (hüquqi ünvandan fərqli olduqda), telefon nömrələri, qanuni təmsilçisinin soyadı, adı, atasının adı, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın tarixi və yoxlamanın kodu __________________________
____________________________________________________________________________________________________________
(akt istehlakçının qanuni təmsilçisindən başqa səlahiyyətli nümayəndəsi olan fiziki şəxsin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat)
5. İstehlakçı dövlət orqanının (qurumunun) tam adı, VÖEN-i, hüquqi ünvanı, faktiki fəaliyyət ünvanı, telefon nömrələri ______________________________________________________ ______________________________________________________
(daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerə dair məlumat), səlahiyyətli vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat)
6. Müayinənin əhatə etdiyi təqvim ili ______________________
7. Təqvim ili ərzində keçirilmiş müayinənin sayı (istehlakçının müraciəti əsasında keçirilmiş təkrar müayinə nəzərə alınmaqla) ______________________________________________________
8. Müayinə zamanı istehlakçının qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində aşkar edilmiş nöqsan və (və ya) pozuntuların mahiyyəti və onların aradan qaldırılması üçün verilmiş vaxt (bir aydan çox olmayan müddət)
____________________________________________________________________________________________________________
9. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi ilə bağlı istehlakçının seçimi barədə məlumat
____________________________________________________________________________________________________________
10. İstehlakçının qaz qurğularının adı, tipi və markası ________
11. İstehlakçının qaz sayğacının tipi, markası və nömrəsi _____
12. İstehlakçı ilə qaz paylayıcısı arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin tarixi və nömrəsi ______________________
13. Fərdi hesabı _____________________________________
14. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər barədə məlumatlar, o cümlədən pozuntunun mahiyyəti, vurulmuş zərərin miqdarı, görülmüş tədbirin qısa təsviri _____________________________________________
____________________________________________________________________________________________________________
15. Müayinə keçirilməsi üçün istehlakçının mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmağa maneə törədilməsi və ya müayinənin keçirilməsinə şərait yaradılmaması və qazın verilişinin dayandırılmasına dair qeydlər (olduğu halda)
______________________________________________________
______________________________________________________
16. Müayinənin keçirilməsi müddəti (işlərin başlanılması və bitməsi vaxtı) ____________________________________________
17. İstehlakçının müayinə ilə bağlı qeydləri (olduğu halda) ______________________________________________________
18. Tərtib edilmiş aktın nüsxələrinin sayı _________________
19. İstehlakçıya təqdim edilmiş aktın nüsxələrinin sayı ______
20. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırıldı.
21. İmzalar
1. _________________________________________________
(aktı tərtib etmiş işçinin (işçilərin) vəzifəsi, soyadı, adı, atasının adı)
2. _________________________________________________
(istehlakçının və ya aktda qeyd edilmiş şəxsin soyadı, adı, atasının adı)