Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 181 Bakı şəhəri, 5 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823; 2018, № 8, maddə 1797; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 fevral tarixli 35 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”nin 2.4-cü bəndi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları