Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 180 Bakı şəhəri, 2 iyun 2023-cü il

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sa­hibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchi­zatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yar­dımının ödənilməsi qaydası”nın təs­diq edilməsi haqqında 

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sa­hibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstə­rilməsi haqqında” Azərbaycan Res­publikası Preziden-tinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşğaldan azad edilmiş ərazilər­də istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödə­nilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İq­tisadiyyat Nazirliyi kommunal xidmət­lərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə bu Qərara uy­ğun olaraq maliyyə yardımı alan işğal­dan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etsin.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Qərarda dəyişiklik Azərbay­can Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərma­nı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bən­dinə uyğun edilə bilər. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun 

tarixli 180 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) ................istifadəyə görə maliyyə yardımının ödənilməsi

 

QAYDASI

 

1.   Ümumi müddəalar

 

1.1.            Bu Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən (bundan sonra ‒ kommunal xidmətlər) istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının (bundan sonra – maliyyə yardımı) ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

1.2.            Maliyyə yardımı Azərbaycan Respublikası Vergi Məcəllə-sinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə (bundan           sonra – sahibkar) kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində ödənilir.

1.3.            Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir. 

 

2. Maliyyə yardımının ödənilməsi üçün müraciət

 

2.1. Maliyyə yardımının ödənilməsi üçün sahibkar hər ay bitdikdən sonra növbəti ayın 5-dək bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra ‒ Dövlət Vergi Xidməti) bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə təqdim edir.

2.2. Dövlət Vergi Xidməti bu Qaydanın 2.1-ci bəndinə uyğun təqdim edilmiş sənədlərdə və məlumatlarda (bundan sonra – məlumatlar) imtinaya səbəb olmayan çatışmazlıq müəyyən etdikdə, həmin çatışmazlıq qeyd edilməklə, onun 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün sahibkarlara məlumatların təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində elektron qaydada bildiriş göndərir. 

2.3. Çatışmazlıq bu Qaydanın 2.2-ci bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Dövlət Vergi Xidməti tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal sahibkarın yenidən müraciət etməsinə mane olmur.

2.4. Məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda, maliyyə yardımının verilməsindən imtina edilir və bu barədə Dövlət Vergi Xidməti tərəfindən əsaslandırılmış qərar qəbul olunmaqla, 3 (üç) iş günü müddətində elektron qaydada sahibkara göndərilir. Bu qərar sahibkarın yenidən müraciət etməsinə mane olmur.

2.5. Sahibkar tərəfindən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə, həmin müraciətlər məlumatların təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alınır.

2.6. Dövlət Vergi Xidməti bu Qaydanın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə uyğun təqdim olunmuş məlumatlar əsasında müraciətlərə hər ay bitdikdən sonra növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir.

2.7. Kommunal xidmətlər göstərən dövlət müəssisələri ‒ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respub-likasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edirlər.

 

3.     Maliyyə yardımının ödənilməsi qaydası

 

3.1.   Maliyyə yardımının ödənilməsi üçün müraciət edən sahibkarlara maliyyə yardımı aşağıdakı qaydada ödənilir:

3.1.1. Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;

3.1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində bu Qaydanın 3.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir.

         3.2. Bu Qaydaya uyğun olaraq maliyyə yardımı almış sahibkarların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

 

 
 “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan 

sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı               və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na 

 

1 nömrəli əlavə
 
 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
 

20___ - ilin _________ ayında _____________________________________________________________________ tərəfindən
                             (hüquqi şəxsin adı, hüquqi ünvanı, VÖEN-i / fiziki şəxsin soyadı, adı və atasının adı, VÖEN-i)
 
 
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 

kommunal xidmətlərin istehlakına dair 

 

MƏLUMAT

 
Kommunal 

xidmətin 

adı
 

Alınan elektron qaimə-fakturaya 

dair məlumatlar

 
 

Ödəniş
tarixi
seriya və nömrəsi
malın ölçü vahidi
malın vahidinin satış qiyməti (manatla)
malın miqdarı
məbləği (manatla)
tarixi
məbləği (manatla)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏMİ
 
 
 
 
 
 
 
 
 

           

           Bank rekvizitləri ______________________________
 
  
 

 

 

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan 

sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı              və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının 

ödənilməsi qaydası”na 

 

2 nömrəli əlavə
 
 
 
 
 
20___ -  ilin __________  ayı üzrə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara

 ödənilməli olan maliyyə yardımının məbləğinə dair

 

ÖDƏNİŞ SİFARİŞİ
 
 

Sıra 

№-si
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar barədə məlumat
hüquqi şəxsin adı və ya fiziki şəxsin soyadı, adı və atasının adı
VÖEN-i
bank rekvizitləri
ödəniləcək

məbləğ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏMİ
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

Nazirlər kabinetinin qərarları