Latviya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

post-img

Latviya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

Hörmətli cənab Rinkeviçs,

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan–Latviya münasibət­lərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelə­rinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlı­ğımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxt­lik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzula­yıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2023-cü il

Məktublar