Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Asivaju Bola Ahmed Tinubuya

post-img

Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Asivaju Bola Ahmed Tinubuya

Hörmətli cənab Prezident,

Nigeriya Federativ Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağı­nız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan–Nigeriya münasibətlərinin xalqlarımızın məna­felərinə uyğun olaraq dostluq məcra­sında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərə­li əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxt­lik, dost Nigeriya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə, 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2023-cü il

Məktublar