Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

post-img

Əs-səlamu aleykum va rahmatul­lahi va barakatuhu. 

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-ali­nizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayı­ram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram.

Dərin hörmətlə,

Əbdüllətif Camal RƏŞİD,
İraq Respublikasının Prezidenti 

***

Zati-aliləri!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırı­ram.

Məmnunluqla bildirirəm ki, birgə səylərimiz sayəsində qarşılıqlı fay­dalı ikitərəfli əməkdaşlığımız müxtəlif sahələrdə daha da güclənir. Həmçinin inanıram ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələ­rində də genişlənərək daha da möh­kəmlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqo­lustana səfərə dəvət etmək istəyirəm.

Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayı­ram.

Dərin hörmətlə,

Uxnaaqiyn XÜRELSÜX,
Monqolustanın Prezidenti 

***

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hö­kuməti və xalqı adından ən səmimi təb­riklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti illərdə də inki­şaf edəcəkdir. 

Dərin hörmətlə,

Devid Con HÖRLİ,
Avstraliya İttifaqının General-Qubernatoru 

***

Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkə­nizə və xalqınıza əmin-amanlıq, uğur­lar, rifah diləyirəm. 

Zati-aliləri, Sizə olan ən yüksək ehti­ramımı qəbul edin.

Hörmətlə,

Maha VAÇİRALONQKORN,
Tailandın Kralı 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə sə­mimi təbriklərimi çatdırmaqdan məm­nunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-ali­nizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

Heytəm bin Tariq Al SƏİD,
Omanın Sultanı

***

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibə­tilə Sizə ən səmimi təbriklərimi çatdır­maqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram.

Hörmətlə, 

Luis ABİNADER,
Dominikan Respublikasının Prezidenti 

***

Zati-aliləri!

Uruqvay xalqı və hökuməti adın­dan, şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmi­mi təbriklərimi, həmçinin əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul edin.

Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər yaranıb. Bu münasibətlərin iqtisadi, siya­si, mədəni əməkdaşlıq zəminində daha da möhkəmlənəcəyinə tam əminəm.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən yüksək ehtiramımı bil­dirirəm. 

Luis Lakalye POU,
Uruqvay Şərq Respublikasının Prezidenti

***

Zati-aliləri, hörmətli Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasi­bətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnun­luq duyuram. Zati-alinizə cansağlığı və səadət, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Salman bin Həməd Al XƏLİFƏ,
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri

Məktublar