Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 115 Bakı şəhəri, 15 aprel 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 13 fevral tarixli 51 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 375-VIKQD nömrəli Konstitusiya Qanununun və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 sentyabr tarixli 591-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” 2011-ci il 16 fevral tarixli 384 nömrəli, “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 1 iyul tarixli 463 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1876 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 392; 2017, № 1, maddə 133; 2019, № 5, maddə 960) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissənin birinci cümləsinə “qəzetində” sözündən sonra “və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə” sözləri əlavə edilsin;
1.2. 3-cü hissənin ikinci cümləsinə “dərc edilməsini” sözlərindən sonra “və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 fevral tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 304, 2019, № 2, maddə 334) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

