Azərbaycan COP-29-a ev sahibliyi edəcək

post-img

 COP-28-də iştirak edən pakistanlı gənc fəal Cənab Qeysər Nəvvab gələn il COP-29-a ev sahibliyi hüququnu təmin etdiyinə görə Azərbaycan Respublikasına səmimi təbriklərini çatdırıb. Bu barədə Dubayın “The Gulf Observer” xəbər saytı məlumat yayıb. Azərbaycanın seçilməsi, onun misilsiz qonaqpərvərliyi ilə beynəlxalq forumlara mütəşəkkil səviyyədə ev sahibliyi etməsi imkanlarından söz açan Q. Nəvvab Prezident İlham Əliyevin ətraf mühit problemlərinə sadiqliyini xüsusi vurğulayıb. İqlimlə bağlı fəaliyyətə təkan vermək üçün Azərbaycan və dünya ictimaiyyəti ilə əməkdaşlığı yüksək qiymətləndirib. COP-29-da və digər layihələr çərçivəsində iqlim problemlərinin həllində Azərbaycanın liderliyini davamlı şəkildə qoruyub saxlayacağını səbrsizliklə gözlədiyini deyən Nəvvab ətraf mühitin mühafizəsinə göstərdiyi fədakarlığa görə ölkə başçısına səmimi təşəkkürünü bildirib. 

Azərbaycanın bu kimi dünyasəviyyəli tədbirlərə ev sahibliyi etməsi onu göstərir ki,  iqtisadi artım, artan enerji tələbi və digər vacib amillər ilə idarə olunan ölkəmiz  enerji landşaftını əhəmiyyətli dərəcədə yenidən formalaşdırır.

Yaşıl enerjini təşviq edən, istixana qazı emissiyalarını azaldan və xarici siyasətdə ölkənin dayanıqlı inkişaf  yollarına diqqət çəkən Azərbaycan dövləti hər il  beynəlxalq miqyasda daha da genişlənir.


 
Fidan SALMANOVA
XQ
 

Müsahibə