“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Doğum gününüz münasibətilə Sizi “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti adından səmimi-qəlbdən, dərin hörmət və ehtiramla təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, rifah, davamlı uğurlar arzulayıram. Fəaliyyətinizin hər anı müstəqil Azərbaycanımızın daha da güclənməsi, rifahı və gözəlləşməsi yolunda atılan addımdır.

Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə ölkəmizin hər sahədə qazandığı tarixi nailiyyətlər, xüsusilə Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyiniz dəmir iradə və sarsılmaz əzmkarlıq hər bir vətəndaşımız üçün qürur mənbəyidir. Xalqa xidmətiniz, dövlətçilik məfkurəsinə sədaqətiniz xüsusilə təqdirəlayiqdir.

Bu əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın əzəmətli inkişafı yolunda yeni parlaq səhifələr yazmağınızı diləyirəm. Sizinlə fəxr edirik, uğurlarınıza ürəkdən sevinirik.

Hörmətlə,
 
 
Rəşid Məmmədov

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

Məktublar