Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Ukraynada yaşayan azərbaycanlılar və diaspor təşkilatları adından Sizi doğum gününüz münasibətilə dərin ehtiramla təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan dövlətinin daha böyük zirvələr fəth etməsi naminə ali missiyanızda davamlı uğurlar arzulayırıq.
Sizin uzaqgörən rəhbərliyiniz, qətiyyətli siyasi iradəniz və milli maraqlara söykənən strateji xəttiniz sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu gücləndirən, iqtisadi və sosial inkişafını ardıcıl təmin edən, öz sözünü inamla deyən müasir dövlət kimi tanınır. Bu uğurlar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün güvən, qürur mənbəyi və birliyə çağırışdır.
Ukraynada fəaliyyət göstərən diasporumuz da Azərbaycançılıq ideyasına sadiq qalaraq milli-mənəvi dəyərlərimizi yaşatmaq, ölkəmizin haqq səsini çatdırmaq və Azərbaycan-Ukrayna dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermək istiqamətində səylərini davam etdirir.
Eyni zamanda, Sizi və bütün xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, bu əlamətdar günün hər bir azərbaycanlının qəlbində milli birliyi daha da möhkəmləndirməsini diləyirik.
Qarşıdan gələn Yeni ilin ölkəmizə sülh, sabitlik, tərəqqi, ailələrimizə firavanlıq və sevinc gətirməsini arzu edirik.
Dərin hörmət və ehtiramla,
Cəlil Astanov
Ukraynanın Odessa vilayətindəki “Birlik” diaspor təşkilatının sədri

