Kanadada fəaliyyət göstərən “Az Media Group”un rəhbəri Yaşar Pur Əlidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli”ni uğurla başa vurur. Bu il ölkəmizin qazandığı mühüm nailiyyətlərlə yadda qalır. Bütün uğurların əsasında Sizin əzmkarlığınız, qətiyyətiniz, uzaqgörən siyasətiniz durur. Bu siyasət sayəsində Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq.

Bu il biz, tariximizin ən parlaq səhifəsi olan şanlı Zəfərimizin beşinci ildönümünü böyük fərəh hissi ilə qeyd etdik. Bu tarixi Qələbəni bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq.

Biz, Kanadada yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Azərbaycan xalqının birliyi, xoşbəxt gələcəyi naminə müəyyən etdiyiniz, həyata keçirdiyiniz səmərəli daxili və xarici siyasəti dəstəkləyirik.

Cənab Prezident, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik. Sizə cansağlığı, ailə səadəti, Azərbaycanın daha parlaq gələcəyi, xalqın rifahı naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

 

Yaşar Pur Əli

Kanadada fəaliyyət göstərən “Az Media Group”un rəhbəri

Məktublar