Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın regionda yaratdığı yeni reallıq, qazandığı tarixi nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar üçün böyük iftixar mənbəyidir. Milli həmrəyliyimizin güclənməsi, dövlətimizin daha da inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması ilə bağlı əldə olunan bütün nailiyyətlər birbaşa Sizin möhkəm iradənizin, qətiyyətinizin və uzaqgörən liderliyinizin nəticəsidir. Sizin sayənizdə beş il əvvəl qazanılan tarixi Zəfər bu gün də hər bir azərbaycanlının qəlbində qürur və birlik hissini yaşadır.
Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizin uğurları ilə fəxr edirik, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq.
Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə yeni-yeni nailiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Tamella Severcan
Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri

