Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi dərin hörmət və ehtiramla salamlayır, doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının daha da inkişafı üçün fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bu il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin

5-ci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Sizin uzaqgörən siyasətiniz, əzminiz, qətiyyətiniz və xalqın milli birliyi bu möhtəşəm Zəfərin reallaşmasında mühüm rol oynamışdır. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu Qələbə müdrik rəhbərliyinizin parlaq təcəssümüdür.

Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə də səmimi-qəlbdən təbrik edir, xalqın həmrəyliyinin, milli birliyinin daha da möhkəmlənməsini, ölkənin davamlı şəkildə böyük nailiyyətlər, zəfərlər qazanmasını arzu edirik.

Dərin hörmətlə,

 

Cavid Aydın

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri

Məktublar