Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi diləyirəm.
Zati-alinizə ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Şeyx Mansur bin Zayed Al Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,
Baş nazirin müavini, Prezident işləri naziri