Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

post-img

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Novruz Bayramı münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. 

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram".

Məktublar