Pentaqon rəhbəri Yəmənlə bağlı məxfi məlumatların sızmasını şərh edib

post-img

Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Yəmənə endirdiyi zərbələrə dair məlumatların sızması ilə bağlı xəbərləri təkzib edib.

“Heç kim heç bir müharibə planı göndərmədi və bu barədə deyə biləcəyim tək şey budur”. O, “The Atlantic”in baş redaktoru Cefri Qoldberqin husilərə zərbələri müzakirə edən Siqnal qrupunun söhbətinə təsadüfən daxil olması xəbərini şərh edərkən deyib.

Heqset məqaləni yazan Qoldberqi “yalançı və dərindən nüfuzdan düşmüş” adlandırıb.

ABŞ prezidenti Donald Tramp da öz növbəsində bu nəşrdən xəbərsiz olduğunu, çünki “bu, biznesdən çıxan bir jurnaldır” dedi.

Elon Mask da vəziyyəti şərh edib: "Cəsədi gizlətmək üçün ən yaxşı yer "The Atlantic" jurnalının ikinci səhifəsindədir, çünki ora heç kim getmir".

S.ELAY

XQ

 

Dünya