Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram.
Si Cinpin
Çin Xalq Respublikasının Sədri