Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Aktau şəhəri yaxınlığında baş verən faciəvi təyyarə qəzası nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin hüznlə qarşıladıq.

İcazə verin, bu faciəvi hadisə ilə əlaqədar Körfəz Əməkdaşlıq Şurası adından Azərbaycan hökumətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verim.

Biz bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq, yaralananların tezliklə sağalmalarını diləyirik. Azərbaycana davamlı sülh və əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

 

Casim Məhəmməd əl-Budeyvi

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi

Məktublar