Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsinə çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Cənab Prezident, Vyetnam dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürəm.
Lıonq Kıonq
Vyetnam Sosialist Respublikasının Prezidenti