İraq Türkmənləri İslam Birliyinin baş katibi Casim Məhəmməd Cəfər Əl-Bayatidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Qardaş Azərbaycan xalqının etimad göstərərək Sizi yenidən Prezident seçməsi münasibətilə Zati-alinizə türkmən xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq. Bu etimad ötən illər ərzində Sizin müdrik rəhbərliyinizlə quruculuq, tərəqqi və firavanlıq istiqamətində görülmüş işlərin məntiqi təzahürüdür.

Seçkilərdəki qələbəniz ölkənizdəki nailiyyətləri və uğurlu islahatları cəsarət və bacarıqla davam etdirmək əzminizin, qardaş Azərbaycan xalqının inkişaf, rifah və yüksəliş arzularını həyata keçirməkdə Zati-alinizə yüksək inamın təcəssümüdür.

Uca Allahdan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına uğurlar diləyirik.

Dərin ehtiramla,

Casim Məhəmməd Cəfər Əl-Bayati
İraq Türkmənləri İslam Birliyinin baş katibi,
İraqın sabiq gənclər və idman naziri və deputatı

Məktublar