Yenə də gündüz yağmursuz, dumanlı, gecə şaxtalı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-16°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Q.QASIMOV
XQ

Ekologiya