Yeniyetmə elektromobili

post-img

İsveçrədə 14 yaşdan yuxarı yeniyetmələrin idarə edə biləcəyi elektromobil yaradılıb. Dünən “Micro Mobility Systems” şirkəti tərəfindən yeniyetmələrin idarə edə biləcəyi “Mic­rolino Lite” kompakt elektrik avtomobili təqdim edilib. Avtomobilin mühərriki 12 at gücün­dədir, maksimal sürəti isə saatda 45 kilometrə çatır. 

Qeyd olunur ki, mini-elektrik avtomobil adi elektromobildən yüngül olduğuna görə daha az enerji sərf edir. Akkumulyatoru bir dəfə doldurulmaqla, təxminən, 100 kilometr yol qət edir.

XQ

Dünya