Estoniyada fəaliyyət göstərən Türk məktəbinin direktoru Gülnarə Valsdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Estoniyada fəaliyyət göstərən Türk məktəbinin kollektivi adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sizin səmərəli fəaliyyətiniz nəticəsində əldə edilmiş uğurlar Azərbaycan xalqına həmişə sevinc bəxş edib. Bu sevinc dolu, xoşbəxt anların daimi olmasını arzu edirəm.

İnanıram ki, Azərbaycan getdikcə daha da inkişaf edəcək, firavanlaşacaqdır. Bu istiqamətdə fəaliyyətinizdə Sizə böyük nailiyyətlər diləyirəm.

Hörmətlə,

 

Gülnarə Vals

Estoniyada fəaliyyət göstərən Türk məktəbinin direktoru

Məktublar