“Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatı adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin uğurlu siyasətiniz sayəsində bu gün Azərbaycan iqtisadi, enerji və digər sahələrdə inkişafa görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Müdrik qərarlarınızla ölkədə bütün sahələrdə vacib islahatlar həyata keçirilmişdir. Siz qətiyyətli dövlət xadimi, güclü Lider kimi Azərbaycanda milyonların sevgi və hörmətini qazanmısınız, eyni zamanda xaricdə böyük nüfuza maliksiniz. Azərbaycanın daha parlaq, xoşbəxt gələcəyi Sizin həyata keçirdiyiniz siyasətlə bağlıdır. Biz, Rusiyada yaşayan azərbaycanlılar tarixi Vətənimizdə gedən siyasi, iqtisadi, mədəni prosesləri diqqətlə izləyirik. Siz uzaqgörən siyasətiniz, uğurlu diplomatiyanız, qətiyyətiniz, böyük istedadınız sayəsində 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq torpaqlarımızı azad etməklə milyonlarla soydaşımızın arzusunu reallaşdırdınız. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi inkişaf tariximizdə yeni mərhələ açdı və regionda geosiyasi vəziyyəti dəyişdi. Torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra orada Sizin rəhbərliyinizlə yenidənqurma, bərpa işlərinə başlanıldı. Sizin Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə həmin ərazilərə səfərlərinizi məmnuniyyətlə izləyirik. Sizin hər bir uğurunuz bizə böyük sevinc bəxş edir.

Cənab Prezident, Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək xaricdə yaşayan azərbaycanlılara həmişə xüsusi diqqət və qayğı göstərmisiniz. Sizə minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan dövləti və xalqı naminə yeni ideyalarınızın və müdrik qərarlarınızın həyata keçməsində nailiyyətlər arzu edirik. Biz həmişə Sizi dəstəkləmişik və dəstəkləyəcəyik.

Dərin hörmətlə,

 

Vaqif Məmişov

“Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan

Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri

Məktublar