Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

28 May - Müstəqillik Günü münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından, eləcə də öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Ötən illər ərzində Azərbaycan dövlətçiliyi şərəfli yol qət edərək beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlətə çevrilmişdir. Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətçilik ənənələri möhkəmlənmiş, iqtisadiyyat inkişaf etmiş, mədəniyyət zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir Azərbaycan vətəndaşı üçün əsl qürur mənbəyidir.

2023-cü il Azərbaycan üçün ən əlamətdar illərdən biridir. Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkənin

ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı və dirçəliş erası başladı.

Həmçinin Azərbaycanın incisi Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Sizin yenilməz iradəniz, siyasi cəsarətiniz, hərbi səriştəniz sayəsində qəhrəman Azərbaycan Ordusu otuzillik işğala son qoyaraq, bu şanlı və tarixi Zəfər günlərini Azərbaycan və bütün türk xalqlarına yaşatdı.

Zati-alinizin təşəbbüsü ilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu il ərzində Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə və Qarabağın tacı Şuşaya həsr edilmiş müxtəlif layihələr gerçəkləşdirir.

Bu xüsusda Fond tərəfindən Azərbaycanın mədəniyyətinin təbliği, tarixi həqiqətlərinin çatdırılmasına, qarşılıqlı mədəni dialoqa töhfə vermək məqsədilə Türk dünyası ölkələrində müxtəlif tədbirlərimiz həyata keçirilib və bu istiqamətdə səylərimizi davam etdiririk.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Məktublar