"Qərbi Azərbaycan" adlı fərdi sərgi təşkil olunub

post-img

Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda istedadlı rəssam Əli İsmayıl Əliyevin "Qərbi Azərbaycan" adlı fərdi sərgisi təşkil olunub.

XQ xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqda ətraflı məlumat verib, Rəssamın rəngkarlıq əsərlərinin bədii əhəmiyyətindən danışıb.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri çıxış edərək rəssamın yaradıcılığında Qərbi Azərbaycan mövzusunun xüsusi önəm daşıdığını vurğulayıb və onun əsərlərində hər zaman bu coğrafiyanın mədəniyyət abidələrinin və adət ən-ənələrinin incəliklə və dəqiqliklə əks olunduğunu qeyd edib.

Sərgidə həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və sənətşünas Rəfail Gülməmmədli çıxış ediblər. Çıxış edənlər rəssamın həyat və yaradıcılığı, rəssamın ömür yolu və onun əsərlərinin bədii keyfiyyətlərindən söhbət açıblar.

Sonda rəssam çıxış edərək onun yaradıcılığına göstərilən dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına və sərgidə iştirak edən şəxslərə öz təşəkkürünü bildirib.

Ekpozisiyada rəssamın müxtəllif illərdə və müxtəlif janrlarda işlənilmiş 50 yaxın rəngkarlıq əsəri
nümayiş olunur.

Sərgi aprel 18-dək davam edəcək.









Mədəniyyət