Sumqayıt Teatrı Rus Dram Teatrında “Qaravəlli” tamaşası ilə çıxış edib

post-img

Sumqayıt Dövlət Dram Teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində görkəmli yazıçı, Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib.

Tamaşanın nümayişində Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir. Səhnə sərinin ritmikası Ramazan Xanlarova, musiqilərin ifası isə “Dərviş" qrupuna aiddir.

Tamaşanın əsas mövzusu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç etməsi üzərində qurulub.

Səhnə əsərində obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev canlandırıblar.

XQ















Mədəniyyət