Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə XQ-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar noyabrın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mədəniyyət