Lənkəranda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Lənkəran Dövlət Universitetində keçirilən təqdimat mərasimində Tahir Əmiraslanov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət, nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığında rəssam Nigar Əliyevanın rəsm əsəri əks olunub. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.
“XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı Tarixi varlığımızın bir sübutudur.
Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb.
Rəyçilər: Texnika Elmlər doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nın Tarix və Etnologiya İnstitunun “Tarixi Etnalogiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmovdur.
Tədbirdə çıxış etdilər:
- LDU-nun tədris məsələləri üzrə prorektoru Zaur müəllim Məmmədov tədbiri açdı
- Kitabın müəllifi əməkdar mədəniyyət işçisi T.Ü.F.D Tahir Əmiraslanov geniş məruzə ilə çıxış etdi
- AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, filalogiya ü.f.d. dosent Mehman Qaraxanoğlu kitabı müsbət dəyərləndirdi, Milli mətbəxlərin tədqiqatlarında dilçiliyin və folklor elementlərinin təhlilinin vacib rol oynadığını söylədi
- LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, t.ü.f.d dosent Kamal Mahmudov kitabın tarixi -siyasi əhəmiyyətini, mənbə kimi vacibliyini söylədi və kitabın tarixi etnoloji təhlilini açıqladı
Tədbirdə bəzi rəsm əsərləri təqdim edilən kitabın səhifələrində yer almış Lənkəranlı rəssam Təhmasib Məcidovun rəsmlərindən ibarət sərgi də qonaqlar üçün böyük maraq kəsb etdi
Tədbirdə 120 nəfər alim, mütəxəsis və tələbə , Regional Mədəniyyət idarəsi də iştirak edirdi.
Sonda kitabların imzalanma mərasimi keçirildi .
Qaxağıstandan gələn 2 tələbəyə də hədiyyə olaraq kitab təqdim edildi.
LDU-nun rəhbərliyinə , tədbirin yüksək səviyyəli təşkilində rolu olan hər bir kəsə AMKA dərin təşəkkürlərini ifadə edir.
XQ