Professor Kamal Abdullayevin 85 illik yubileyi münasibətilə təbrik

post-img

Yeni Azərbaycan Partiyası "Süleyman Rüstəm küç. 40" üzrə ərazi partiya təşkilatının sədri, "Uroloji Mərkəz – Kamal Abdullayev Klinikası" MMC-nin direktoru, tibb elmləri doktoru, professor Kamal İsmayıl oğlu Abdullayevin 85 illik yubileyi münasibətilə onu iş yerində ziyarət edərək təbrik ediblər.

Yubiley münasibətilə professoru Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski və Milli Məclisin deputatı Asif Əsgərov ziyarət ediblər.

Görüş zamanı Kamal Abdullayevin Azərbaycan səhiyyə sahəsində uzun illər ərzində göstərdiyi xidmətlər, urologiya sahəsinin inkişafına verdiyi töhfələr və gənc kadrların hazırlanmasında mühüm rolu yüksək qiymətləndirilib. Qeyd olunub ki, professorun həm elmi, həm də təşkilati fəaliyyəti ölkəmizdə tibbin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

Qonaqlar yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Professor Kamal Abdullayev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Azərbaycanın səhiyyə sisteminə, eləcə də elmi-tədqiqat işlərinə xidmət etməyi həyatının əsas missiyası kimi qiymətləndirdiyini vurğulayıb.

XQ

Mədəniyyət